"Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə qoşula bilər" - Nəqliyyat eksperti

 13:27 27.08.2025     77

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizi İranda mövcud olan Şimal dəhlizinə dəstək olacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, cənab Prezidentin dediyi dəhliz Azərbaycan, Rusiya və İran arasında olan razılaşma əsasında inşa olunur.

"Azərbaycan tərəfi artıq öz öhdəsinə düşən işləri görüb. Burada müəyyən işləri Rusiya və İranın həyata keçirməyi qalıb. Qeyd olunan məsələ İranda hansısa bir şimal dəhlizi ilə bağlı deyil. Bildiyiniz kimi, bu, Şimal-Cənub dəhlizi adlanır. Üç ölkəni əhatə edir və daha sonra Rusiyadan Şimali Avropaya qədər uzanan bir marşrutdur. Cənubdan isə İran körfəzinə qədər gedir. Şimal-Cənub dəhlizi ayrıca bir marşrut olsa da, yeni Zəngəzur dəhlizinə də qoşula bilər və bu, bölgə ölkələri üçün daha səmərəli bir variant ola bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən