Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb

 21:45 01.09.2025     343

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X”də bildirib.

Səfirin sözlərinə görə, humanitar yardım artıq təhvil verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama əsasən Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Vumart və Güvən reklamı Vumart Güvən