Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı İctimai Birliyinin PRESS RELİZİ

 09:31 02.09.2025     345

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.

Bu günlərdə yekunlaşan layihədə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür.  Layihə həyata keçirildiyi dövrdə ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olundu. Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınmışdır.

Kitabın müəllifi   filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov bildirib ki, kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. O, qeyd edib ki, kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.

Qeyd edək ki, Qa­ra­ba­ğın iş­ğa­lın­dan son­ra Azər­bay­can şa­ir­­lə­ri­nin, de­mək olar, ha­mı­sı bu möv­zu­da əsər­lər yaz­­mış­lar. Bu şe­ir­lər­də Tür­ki­yə-Azər­bay­can ic­ti­mai, si­ya­­si, hər­bi bir­li­yi ilə ya­na­şı, mə­nə­vi bir­li­yin­dən do­ğan bö­yük bir ümid və gə­lə­cə­yə yö­nə­lik me­saj­lar var­dır. Həm Tür­ki­yə, həm Azər­bay­can şei­rin­də Qa­ra­bağ möv­zu­sun­da bir­lik və bə­ra­bər­lik me­saj­la­rı ve­ri­lir. Araş­dır­ma­lar gös­tə­rir ki, ic­ti­mai-si­ya­si, hər­bi bir­lik olan za­man ədə­biy­yat, poe­zi­ya da bu bir­li­yi tə­rən­nüm edir və ya­şa­dır. XX yü­zi­lin əv­vəl­lə­rin­dən baş­la­yan bu bir­lik me­saj­la­rı bü­tün türk­lə­rin bir­ləş­mə­si üçün bir ör­kək xa­rak­te­ri da­şı­yır. Bü­tün bun­lar türk­lü­yün gə­lə­cək hə­yat yo­lun­da Tu­ran ide­ya­sı­nın və Tu­ran­çı­lı­ğın poe­tik dər­ket­mə­si­nin ilk mər­hə­lə­si­dir. Dü­şü­nü­rəm ki, hə­lə bun­dan son­ra da Tür­ki­yə və Azər­bay­can or­du­su­nun zə­fə­ri­nə ye­ni şe­ir­lər ya­zı­la­caq. Bu şe­ir­lər­də yüz il əv­vəl­də Nu­ru Pa­şa­ya poe­tik öy­gü­lər ol­du­ğu ki­mi, bu­gü­nün mü­ha­ri­bə qəh­rə­man­la­rı­na da ye­ni öy­gü­lər ya­zı­la­caq.

 

“Azərbaycan Respublikası müharibə,

əmək və silahlı qüvvələr veteranları təşkilatı”

İctimai Birliyinin layihə rəhbəri:                               prof. Bədirxan Əhmədli

Vumart və Güvən reklamı Vumart Güvən