Xankəndiyə leysan yağdı - FAKTİKİ HAVA

 10:53 05.09.2025     230

Azərbaycanın bir sıra ərazilərində – Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə sentyabrın 5-i saat 10:00-a olan məlumata əsasən, qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dək qeydə alınıb.

Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. 

Vumart və Güvən reklamı Vumart Güvən