Azərbaycanda 100-dən çox taksofon “YOXA ÇIXIB”

 13:58 05.09.2025     314

Azərbaycanda ümumi istifadədə olan taksofonların sayı azalıb.

Redaktor.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, hazırda ölkədə 224 ədəd taksofon var.

Qeyd edək ki, 2020-ci ildə bu qurğuların sayı 362, 2021-ci ildə 338, 2022-ci ildə 340 ədəd olub. 

Ötən il ölkədə olan taksofonların sayı 228-ə düşüb. Beləliklə, son 5 ildə ölkədə olan taksofonların sayı 138 ədəd azalıb.

Qeyd edək ki, taksofonlar pul, jeton, telefon və ya kredit kartı ilə istifadə edilən ictimai telefon növləridir. Bir zamanlar Bakıda, eləcə də digər şəhələrdə aktiv istifadə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən