Xalq artistinin vəziyyəti AĞIRDIR

 11:38 12.09.2025     337

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

"Kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir", - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, sentyabrın 5-i səhhəti qəfil pisləşən Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən