Bu ərazidə qaz OLMAYACAQ

 17:28 16.09.2025     332

Sabah Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar 17.09.2025–ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Məlumata görə, Qaz təchizatı dayandırılan müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə adlanan ərazinin qaz təchizatında fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən