ADAU tələbələri “Summer X-perience 2025” Yay Təcrübə Proqramında uğur qazandılar

 11:13 18.09.2025     184

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin "Aqronomluq" ixtisasının III kurs tələbəsi Elcan Heydərov və "Aqronomluq" EGE ixtisasının III kurs tələbəsi Əhməd Əhmədov “Agro Dairy” şirkəti tərəfindən təşkil edilən “Summer X-perience 2025” Yay Təcrübə Proqramının qalibləri olublar.

Proqram tələbələrə kənd təsərrüfatı sahəsində praktiki biliklər əldə etmək, istehsalat proseslərini yaxından izləmək və mütəxəssislərlə birgə işləmək imkanı yaradır. Bu təşəbbüs gənclərin peşəkar inkişafına, təcrübə qazanmasına və gələcək karyeraları üçün möhkəm baza formalaşdırmasına xidmət edir.

 

222
Vumart və Güvən reklamı Vumart Güvən