"Bədən tərbiyəsi və idman haqqında" yeni qanun layihəsi hazırlanıb - Komitə sədri

 14:44 18.09.2025     239

Azərbaycanda "Bədən tərbiyəsi və idman haqqında" yeni qanun layihəsi hazırlanıb. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, layihə artıq yekunlaşdırılıb:

"Gənclər və İdman Nazirliyi ilə birgə hazırlanan bu qanun layihəsinin yaxın günlərdə Milli Məclisdə müzakirəsinin şahidi olacağıq", - deyə İsmayılov qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən