Xalq artisti xəstəxanadan evə buraxıldı

 16:19 18.09.2025     383

Xalq artisti Sərdar Fərəcov müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xalq artistinin özü məlumat verib.

O bildirib ki, müalicəsi ev şəraitində davam etdiriləcək.

Qeyd edək ki, Sərdar Fərəcov sentyabrın 5-i sözügedən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub. O, sentyabrın 12-i palataya köçürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən