750 ev qazsız QALACAQ

 11:44 19.09.2025     286

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Qaz təchizatının təmir işlərindən sonra bərpa olunacağı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən