Ombudsman Şəkidə vətəndaşlarla görüşəcək

 11:51 22.09.2025     220

Sentyabrın 23-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Şəki şəhərində müraciət edən şəxslərlə görüşəcək.

Redaktor.az xəbər verir ki, görüş Şəki "ASAN xidmət" mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək.

Görüşə Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən