“Uşaq Avroviziya 2025”də ölkəmizi o təmsil edəcək

 14:47 23.09.2025     216

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində  Azərbaycanın təmsilçisi seçilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı İTV məlumat yayıb.

Bildirilib ki, ölkəmizi “Uşaq Avroviziya 2025”də Yağmur təmsil edəcək.

Yağmur təmsilçi seçildikdən sonra təəssüratlarını bölüşüb: “Mən çox xoşbəxtəm ki, Azərbaycanı Tbilisidə təmsil edəcəyəm. Bu mənim üçün inanılmaz bir təcrübə olacaq”.

Qeyd edək ki, “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsi 13 dekabrda Tbilisidə keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən