“Port Baku” yaxınlığında metro TİKİLƏCƏK

 11:13 25.09.2025     205

“Port Baku” kimi məşhur olan ərazidə metro stansiyasının inşası nəzərdə tutulub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq:

“Babək prospekti üzərində şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən