Bakıda daha bir yerüstü metro stansiyası TİKİLƏCƏK

 12:41 25.09.2025     255

Metronun “Dərnəgül” elektrik deposunun ərazisində yerüstü stansiya inşa ediləcək.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, yerüstü stansiya metronun "yaşıl xətt" inə aid olacaq:

“Stansiya" xüsusi qrafiklə işləyəcək. Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ilin sonuna qədər istifadəyə veriləcək".

Vumart və Güvən reklamı Vumart Güvən