Vətən yolunda mübariz ömür və ədəbi irs - Məmmədəli Müsəddiq

 11:37 30.09.2025     452

XX əsrin ikinci yarısında Azərbaycanın həm yazılı, həm də şifahi ədəbi-elmi mirasının toplanması, elmi işlənməsi, mühafizəsi və geniş ictimaiyyətə təqdim olunması sahəsində böyük işlər görüldü. Azərbaycanın kitab mirasının toplanması, elmi şəkildə öyrənilməsi, mühafizəsi sahəsində xalq yazıçısı Süleyman Rəhimovun, Əliheydər Qəhrəmanovun, Hüseyin Tagıyev, professor Abuzər Xələfovun, Məryəmxanım Səmədova, Məmmədəli Müsəddiqin müstəsna rolu olmuşdur. Qeyd olunan bu böyük şəxsiyyətlərin hərbirinin həyatı və yaradıcılıgı Azərbaycan mədəniyyətinin öyrənilməsi baxımından müstəsna əhəmiyyəti var və hal-hazırda Azərbaycan ictimaiyyətinin çox az tanıdıgı Məmmədəli Müsəddiqin həyatı, elmi və bədii sahələrdə fəaliyyəti,  xidmətləri haqqında kiçik bir araşdırmanı təqdim edirik.

HƏYATI     

Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Sərab şəhərinin Gərməri vilayətinin Yengicə kəndində anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın uzaq vilayətlərində işlədiyindən və evdə çox vaxt olmadığı üçün balaca Məmmədəli həmişə ailənin diqqət mərkəzində idi.   

 Məmmədəli Müsəddiqin atası Hacı Hüseyn Cənubi Azərbaycanda milli hərəkatın işritakçısı, xalqın böyük, mübariz oglu Şeyx Məhəmməd Xiyabaninin sədaqətli silahdaşlarından biri idi.

 Görkəmli şəxsiyyət, möhkəm iradəyə malik olan Ş.M.Xiyabani 1917-1920-ci illər hərəkatına qədər İranda məşrutə inqilabını görmüş, onun iştirakçısı olmuş və böyük təcrübə qazanmışdı.

  Şeyxi Məhəmmədi digər inqilabçılardan fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə Mir Cəfər Pişəvəri xüsusi olaraq yazırdı: «Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş... Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi. Amma tüfəng atanları o ruhlandırırdı. Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi. Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən. Şeyx də o cür güllərdən idi».

Təbriz şəhərində Demokrat partiyasının Əyalət Komitəsinin 1917-ci il avqust ayının 24-də geniş konfransı keçirildi. Bu konfransda komitənin Təbrizdən başqa, Ərdəbil, Zəncan, Qəzvin, Gərməri, Miyana və digər şəhərlərdəki təşkilatlarından 480 nəfər nümayəndə iştirak edirdi. Məmmədəli Müsəddiqin atası Hacı Hüseyn də bu nümayəndələrin sırasında idi. Burada Azərbaycan Demokrat Partiyası (ADP) müstəqil partiya oldugunu elan etdi. Konfrans həmçinin Xiyabani başda olmaqla, partiyanın Mərkəzi Komitəsini seçdi və partiyanın qarşıdakı vəzifələrini müəyyənləşdirən geniş qətnamələr qəbul etdi.

1920-ci ilin əvvəllərində mərkəzi hökumətin, onun başçısı Vüsuqüddövlənin bütün İranda, xüsusilə Cənubi Azərbaycanda cəza tədbirlərini gücləndirməsi, buraya yeni polis dəstələri göndərməsi, digər tərəfdən İrandakı ingilis komandanlığının təcrübəli zabitlərinin Təbrizdə yerləşdirilməsi, ADP üzvlərindən bir neçəsinin həbs edilməsi 8 aydan artıq hazırlanmış üsyanın başlanması üçün bilavasitə səbəb oldu. Aprelin 6-da Təbrizdə ADP-nin rəhbərliyi altında üsyan başlandı. Bununla da Ş.M.Xiyabaninin ictimai-siyasi və dövlət xadimi kimi fəaliyyəti daha da gücləndi. Üsyanı idarə etmək üçün Xiyabaninin rəhbərliyi ilə ictimai heyət yaradıldı. İki gün ərzində demək olar ki, Təbrizdə əsas dövlət idarələri üsyançıların əlinə keçdi. Aprelin 7-də polis və jandarm dəstələri də silahlarını təhvil verərək, üsyançılara qoşuldular. Üsyanın rəhbərliyi Tehrandan göndərilmiş dövlət məmurlarını və hərbi qulluqçuları idarələrindən kənar edərək Təbrizdən qovdular.

Üsyanın hərəkətveriçi qüvvələrini emalatxanalarda çalışan sənətkar və fəhlələr, xırda tacirlər və şəhər yoxsulları təşkil edirdi. Üsyanda ziyalıların, milli ticarət burjuaziyasının, liberal mülkədarların, ruhanilərin, orta və aşağı təbəqələrin nümayəndələri və Təbriz mahalının kəndliləri də iştirak edirdilər. Üsyanda iştirak etmək üçün Gərməridən gələn dəstənin içərisində Hacı Hüseyn də var idi.    

1920-ci il sentyabrın 11-də irticaçı qüvvələr Milli hökumətin üzərinə qəfil hücuma keçdilər. Sentyabrın 12-də «Ala qapı» alındı, 14-də isə Ş.M.Xiyabani vəhşicəsinə öldürüldü. Üsyançılara amansızcasına divan tutuldu, 300 nəfərdən çox adam edam edildi, bir çoxları həbs olundu. Üsyan fəallarından olan Ş.M.Xiyabaninin, Badamçının, Gənçeynin, Abdulzadənin və başqalarının evləri qarət edildi. Evi qarət olunanlar içərisində Hacı Hüseyn də var idi.  Məmmədəlinin atası Hacı Hüseyn Şeyx Məhəmməd Xiyabani hərəkatında yaxından iştirak etdiyinə görə, bir neçə məsləkdaşı ilə birlikdə həbs edilmiş, var-yoxları dövlət adamları və yerli mülkədarlar tərəfindən qarət olunmuşdu. Bununla kifayətlənməyən dövlət məmurları Hacı Hüseyni meydanda ayaqlarından başı aşağı asır və buradan qurtarmaq üçün ailəsindən əlavə vəsait tələb edirlər. Ailənin min bir çətinliklə topladığı pulun sayəsində həbsdən canını qurtaran Hacı Hüseyn daha bu kənddə yaşamağın mümkünsüzlüyünü görüb ailəsini də götürərək Miyana şəhərinə köçür. Beləliklə Miyana şəhəri kiçik Məmmədəli üçün ikinci dogma şəhər olur.

İlk təhsilini Yenkicədə atasından alan Məmmədəli burada həm də molla məktəbinə gedir. Miyana şəhərinə köçdükdən sonra orada dövlət məktəbində təhsilini davam etdirərək orta məktəbi bitirir.

İNQİLABİ FƏALİYYƏTİ

İti müşahidə qabiliyyətinə, möhkəm iradəyə malik olan gənc Məmmədəlinin doğma yurduna, vətəninə olan sonsuz sevgisi onu atasının mübarizə yolunu davam etdirməyə, 1941-ci ildə Cənubda baş verən siyasi cərəyanlarda iştirak etməyə yönəltdi. Elə həmin ildə o, yenicə yaranmış İran Xalq Partiyasına daxil oldu.  

S.C.Pişəvəri Cənubi Azərbaycanda yaranmış inqilabi şəraiti  düzgün qiymətləndirərək 1945-ci il sentyabr ayının 3-də Azərbaycan Demokrat firqəsini yaratdı. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat firqəsi qısa müddət ərzində Cənubi Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bildi. Həmin ilin sentyabr ayında S.C.Pişəvərinin çagırışı ilə Azərbaycanın milli qüvvələri İranın müxtəlif siyasi təşkilatlardan xaric olundular və Azərbaycan Demokrat Firqəsinə üzv edildilər. Məmmədəli Müsəddiq də ADF-yə üzv olanlar sırasında idi.

  Siyasi fəaliyyətə görə M.Müsəddiq atası ilə birlikdə həbs edilir və bu dəfə də Tehran hökuməti tərəfindən talan olunur. Bir müddətdən sonra, həbsdən azad edildikdə Atası artıq yaşlı və xəstə olduğu üçün Məmmədəli siyasi fəaliyyətini müstəqil olaraq  davam etdirir.

Azərbaycan Milli Hökuməti 1946 – cı ilin dekabr ayının 12 – də (21 Azər) süqut etdi. Azərbaycanın milli müstəqillik ugrunda mübarizə edən fədailəri, ADF rəhbərləri və üzvləri təqib edilir, həbs olunur. Edam edilir, sürgün olunurlar. Çox böyük bir dəstə sovet Azərbaycanına mühacirət edir.

SOVET AZƏRBAYCANINDA

  İran şah rejimi tərəfindən edam hökmü almış Məmmədəli Müsəddiq də mühacirət etmək məcburiyyətində qalır. 1947-ci ildə Şimali Azərbaycana gələn Məmmədəli Müsəddiq Sovet İttifaqına  gəlir və mühacirətdə ilk illəri agır keçir. İlk fürsətdə Gəncəyə gedərək “Kirovabad” Kənd Təsərrüfatı Texnikumuna daxil olur, 1953-cü ildə buranı əla qiymətlərlə bitirərək Ağstafa pambıqçılıq təcrübə tarlasında işə başlayır.  

O illərdə Bakıda fəaliyyətini bərpa edən Azərbaycan Demokrat Firqəsinin(ADF) təyinatı ilə o, siyasi təhsil almaq üçün  Ali Partiya Məktəbinə göndərilir. ADF, o illərdə, mühacirətdə öz kadrlarını toplamaq, siyasi və mədəni fəaliyyətini genişləndirmək məqsədi ilə milli hərəkatın aktiv üzvlərini Bakıya çagırır, onların təhsil problemlərini həll edir, partiyanın siyasi orqanı olan “Azərbaycan ruznaməsini”,”azərbaycan jurnalının çapını bərpa etməyə çalışırdı.

 O, 1954-1958-ci illərdə Bakıda Ali Partiya məktəbində  təhsilini bitirdikdən sonra, 28.11.1958-ci ildən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında işə başladı. İşlədiyi dövrlərdə Diyarşünaslıq  və milli biblioqrafiya  şöbəsində biblioqraf, Kitabsaxlayıcı şöbəsində biblioqraf, Xidmət şöbəsində  biblioqraf, Metodik təminat şöbəsində baş kitabxanaçı, Arxiv şöbəsində baş kitabxanaçı, uzun müddət Arxiv şöbəsinin müdiri  vəzifələrində işləmişdir. Milli kitabxanada fəaliyyəti illərində M.Müsəddiqin ciddi elmi və ədəbi fəaliyyəti ilə yanaşı Azərbaycan Demokrat Firqəsinin siyasi işlərində də yaxından iştirak edir.

 1969-cu ildə görkəmli ədəbiyyatşunas alim Feyzulla Qasımzadənin rəhbərliyi ilə “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı” mövzusunda namizədlik disertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır və  1970-ci ildən  Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deməyə başlayır.

M.Müsəddiq akademik fəaliyyətində uzunmüddətli və yorulmaz əməyinə görə 1988-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunur. Fars və ərəb dillərini mükəmməl bildiyi səbəbindən Azərbaycan kitabxanalarında qorunub saxlanılan orta əsr kitab mirasımızın öyrənilməsi və kataloqlaşdırılmasının təşkilində əhəmiyyətli rol oynadı. “Azərbaycan kitabı” biblioqrafiyasının hazırlanmasında, xüsusilə də onun birinci cildinin tərtibatında M.Müsəddiq yaxından iştirak etdi.

1960-cı illərdə Azərbaycanın milli kitab irsinin toplanması, elmi şəkildə öyrənilməsi konsepsiyasının hazırlanması sahəsində Azərbaycan Milli Kitabxanasında geniş iş başlandı. Milli biblioqrafiyanın yaradılmasına ölkənin nüfuzlu alimləri cəlb edilmişdi. Milli Kitabxana ilə yanaşı AMEA-nın “Əlyazmalar institutunun” da əməkdəşları daxil olan heyyət XIX əsrdən başlayaraq “milli çap kitabı” kolleksiyasının toplanması və kataloqlaşdırılması işini həyata keçirməli idi.

M.Müsəddiq akademik Əziz Mirəhmədov ilə “Azərbaycan kitabının”birinci cildinə  daxil ediləçək hər bir nəşrin geniş müzakirəsini apardıgını və alimin bu məsələyə nə qədər məsuliyyətlə yanaşdıgını öz xatirələrində danışırdı. Bu müzakirələr nəticəsində Azərbaycan milli kitabı konsepsiyası formalaşdı və akademik Əziz Mirəhmədovun kitabın birinci cildinə yazdıgı “ön sözdə” öz əksini tapdı.

1997-ci il fevralın 21-də tanınmış ziyalı, siyasi xadim, ədəbiyyatçı və pedaqoq Məmmədəli Müsəddiq dünyasını dəyişir. Vəfat etməmişdən bir qədər əvvəl övladlarına və ömür boyu xidmət etdiyi xalqına bir vəsiyyətnamə yazır. Vəsiyyətnamədə deyilir:

“Ey balalarım! Dostlarım! İstəyən və arzulayanlarım! Bu fani dünyada özümü anlayandan, dünyanı tərk edənəcən Azərbaycanı bölüb hakimiyyət edən, hər vasitə ilə Azərbaycan türkləri olan bizim xalqı aradan aparmağa çalışan rus və fars hakimiyyətinə, şovinizmi son həddə çatdıran hər iki millətin şovinist hakimiyyəti əleyhinə yorulmadan mübarizə aparmışam, onların mənfur millətçi siyasətlərini ifşa etmişəm. Qəbrimin üstündə bitəcək otlar da bu mübarizədən su içəcək”.

Vəsiyyətnamədən göründüyü kimi, Müsəddiqin ictimai məzmun daşıyan şəxsi fikirlərinin arxasında vətəninin azadlığı uğrunda mübarizələrdə formalaşan, öz “mən”ini dərindən dərk edən bir şəxsiyyət ömrü dayanır. Daha sonra burada oxuyuruq:

“Məni istəyən övlad, qohum, vətənini və xalqını istəyən bütün Azərbaycan türklərinə bütün Azərbaycan əhalisinə müraciət edirəm; fars, rus və rus şovinizminin tulası, fars şovinizminin bizə qarşı mübarizə şəriki olan erməni faşizminə qarşı mübarizəni bir an dayandırmayın, bəsdir, yatmayın, mübarizəni çox ciddi şəkildə aparmasanız öz varlığınıza xəyanət etmiş olarsız, düşmənə rəhm edən özünə xəyanət etmiş olar.

Əziz balalarım! Biri-birinizdən ayrılmayın! Qüvvənizi parçalamayın! Qüvvə və qüdrət birlikdədir. Birliyinizi pozmağa çalışanları rədd edin. Birlik bütün çətinlikləri asanlaşdıran, zəhmətləri azaldan, rahatlıq gətirəndir. Təklik qüdrəti azaldan, əzabı çoxaldan, düşmən hücumuna şərait yaradandır. Birlikdə dilinizi və vətəninizi qoruyun, dili olmayan millət yoxdur, vətəni olmayan millət quldur. Qüdrətli, sənətli, cəsarətli və məharətli olun! Belə olsanız dostunuz çox olar, şahlar da qapınıza gələrlər. Bir olun! Bir olun! Bir olun! ... Ata, ana və böyükləri yaddan çıxarmayın ki, özünüz də yaddan çıxmayasız. Uşaqlarınız görsələr ki, ata, ana və böyüklərə ehtiram edirsiz, onlar da sizə ehtiram edəcəklər.”

M.Müsəddiq siyasi mübarizəsində ugur qazanmış xoşbəxt inqilabçılardan oldu. İranda şahlıq istibdadına qarşı etdiyi mübarizədə qalib gəldi və İran şahlıq rejiminin dagılmasının şahidi oldu və bu yolda çəkdiyi zəhmətlərin əbəs olmadıgını gördü. Eləcə də Sovet buxovundan qurtaran Azərbaycan Respublikasının istiqlalının da şahidi, iştirakçısı və azad Azərbaycanın vətəndaşı oldu.

ƏDƏBİ YARADICILIGI

Məmmədəli Müsəddiq yalnız “cənublu”, "siyasi mühacir" deyil, bütöv, böyük Azərbaycan dərdinə yanan, bu yanğını öz həyatında yaşayan, yaradıcılığında dərindən əks etdirən bir vətəndaş oldu. O, "Qobustan", “Mədəni maarif işçisi", "Kitablar aləmində", "Azərbaycan", "Varlıq", “İnqilab yolunda" adlı jurnallarda, "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan" qəzetlərində və "Azərbaycan Sovet Ensiklopediyası”nda mütəmadi olaraq çıxış edir, məqalələri çap  olunurdu.

Məmmədəli Müsəddiq doğrudan da Vətən yolunda yorulmaz bir mücahid, fədai, bir döyüşçü, mübariz ruhlu, yenilməz bir vətənsevər idi. Həyat onu tərkisilah etməmişdi, onu, səngərdən çıxarıb silah əvəzinə əlinə qələm vermişdi. Bakıya gələndən sonra Məmmədəli Müsəddiqin silahı qələm, silahdaşı mədəniyyət, maarif və söz olmuşdı. O, ömrünün sonunadək məğrur, bütöv bir vətəndaş ömrü yaşadı və yaradıcılığını Təbriz, Miyana səngərlərinin davamına çevirdi.   

Onun istər bədii yaradıcılığı, istər tərcümələri Vətən həsrətindən, Vətən uğrunda mübarizə əzmindən güc alıb. Bu böyük qəlbli, tərəqqipərvər insan öz xalqına, millətinə bağlı olmuş, bu xalqın uğurları ilə sevinmiş, onun gələcəyinə böyük ümidlər bəsləmişdir.

Məmmədəli Müsəddiqin həsrət və ayrılıq ifadə edən “Azərbaycan”, "Tənha və tənha qalmışam", "Təbrizimin", "Yurdumu dağıdanlara", "Ata", "Anacan", "Ana dilim", "Aman dostlar", "Ağardın saçım, ağardın", ”And olsun”, ”Bürümüş”, ”Beş qəhrəman” və s. bu kimi silsilə şeirlərində ənənəvi və milli kaloritli poetik mənzərələr özünəməxsus ifadə olunur.

Məmmədəli Müsəddiqin poetik dünyasında bir vətəndaş, əsl insan obrazı əks etdirilir. Onun poeziyasında təsvir olunan bu şəxs Vətəni hər şeydən üstün tutan, onun gələcəyinə yüksək inamı olan bir şəxsiyyətdir. Yaradıcılığı ilə dərindən tanışlıq göstərir ki, həmin şəxsiyyət elə şairin özüdür. Problemin bu cür qoyuluşunda onun lirikasının vətəndaşlıq mündəricəsi əhəmiyyətli dərəcədə dərinləşir, yüksək fəlsəfı dəyərlər kəsb edir. Bu şəxs öz dilinin, öz Vətəninin, öz tarixinin, gələcəyinin təəssübkeşi rolunda çıxış edir. Bu onun “Ana dilim” şeirində obrazlı şəkildə öz əksini tapmışdır.

Onun yaradıcılığında müasir dünyanın, ictimai-siyasi həyatın, inqilabi ideyaların təsvir və tərənnümü də özünəməxsus yer tutur. Məmmədəli Müsəddiqin 1941-46-cı illərdə Cənubi Azərbaycanda milli-azadlıq hərəkatından güc alan lirikası və bu lirikada sülhün, demokratiyanın, azadlığın tərənnümü onun bütün yaradıcılığının ana xəttini təşkil edir. Vətənə, torpağa olan sonsuz məhəbbət, bağlılıq şairin poetik “mən”ində öz ifadəsini tapır.

 Eləcə də, Məmmədəli Müsəddiq şeirlərində Vətən həsrətinin acı və ağrıları, məhrumiyyət və ağırlıqları real həyati təzahürdə özünü göstərməklə bərabər, vətənin yetişdirdiyi mərd qəhrəmanlarla qürur duyulur. M.Müsəddiq həm şəxsi həyatında həm də poetik düşüncələrində vacvib hesab etdiyi iki istiqamətə daim xidmət edir- mədəniyyət və maarif “agacına” su vermək, milli azadlıq və suverenliyə “qurbanlar” verməyin ucalıgına.

Ağac su içməsə bar verə bilməz,

Azadlıq ağacı qansız göyərməz…

Bu yolu özünə həyat yolu seçmiş böyük insan  milli-vətənpərvərlik düşüncələri ilə də dünyasını dəyişdirir. Aşagıda təqdim olunan əsərlərini xalqına miras qoyur.

 

BİBLİOQRAFİYA

Kitablar

  1. Azərbaycan Sovet Ensiklopediyası: On cilddə: [ASE 2-ci cildinə daxil edilmiş əsas məqalələrin müəllifləri sırasında] / [baş red. C.B.Quliyev; baş red. hey.: M.H.Abdullayev [və b.]]; elmi red. şurası: C.B.Quliyev (sədr) [və b.]. – Cild 2 Balzam - Qaydar. – Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, 1978. – 592 s.
  2. Azərbaycan Sovet Ensiklopediyası: On cilddə: [ASE 3-cü cildinə daxil edilmiş əsas məqalələrin müəllifləri sırasında]  / [baş red. C.B.Quliyev; baş red. hey.: M.H.Abdullayev [və b.]]; elmi red. şurası: C.B.Quliyev (sədr) [və b.]. – Cild 3 Qayıbov - Eldarov. – Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, 1979. – 599 s.
  3. Azərbaycan Sovet Ensiklopediyası: [ASE 4-cü cildinə daxil edilmiş əsas məqalələrin müəllifləri sırasında] : On cilddə /[baş red. C.B.Quliyev; baş red. hey.: M.H.Abdullayev [və b.]]; elmi red. şurası: C.B.Quliyev (sədr) [və b.]. – Cild 4 Eldəgəz - İtabira. – Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, 1980. – 592 s.
  4. İsmayıl Şıxlı: elmi-köməkçi biblioqrafik göstərici / M.F.Axundov adına Azərbaycan Respublikası Dövlət Kitabxanası; tərt.ed. R.Əhmədov; red. M.Müsəddiq. – Bakı, 1982. – 52 s.
  5. Azərbaycan Sovet Ensiklopediyası: On cilddə: [ASE 9-cu cildinə daxil edilmiş əsas məqalələrin müəllifləri sırasında] / [baş red. C. B. Quliyev ; baş red. hey.: M. H. Abdullayev [və b.]] ; elmi red. şurası: C. B. Quliyev (sədr) [və b.]. – Cild 9 Sputnik - Fronton. – Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, 1986. – 624 s.
  6. Azərbaycan Sovet Ensiklopediyası: [On cilddə]: [ASE 10-cu cildinə daxil edilmiş əsas məqalələrin müəllifləri sırasında]: /[baş red. C.B.Quliyev; baş red. hey.: M.H.Abdullayev [və b.]]; elmi red. şurası: C.B.Quliyev (sədr) [və b.]. – Cild 10 Frost - Şüştər. – Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, 1987. – 608 s.
  1. Abşeron meyxanaları / Tərt. müəl.: R.İmaməliyev, T.Səlimov, M.Müsəddiq; elmi red.: M.Mahmudov, T.Səlimov. – Bakı: Boz oğuz, 1993. – 200 s.
  2. İmami-Cə'fəri Sadiq (Ə): Altıncı rəhbər / farscadan Azərbaycan türkcəsinə çevirəni. M.Məmmədli. – Bakı: 1993. – 52 s.
  3. Dinimiz, namazımız, imamlarımız  / Tərt. M.Müsəddiq; red. İ.Qəribli. – Bakı: Yazıçı, 1994. – 721 s.
  4. Məhəmməd Füzuli əsərlərinin nəşri: biblioqrafik göstərici / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, M.F.Axundov ad. Azərbaycan Dövlət Kitabxanası; tərt. ed. və xüsusi red. F.Məmmədov; elmi red. M.Müsəddiq; ixtisas red. M.Vəliyeva, D.Sadıqova, T.Yefimova. – Bakı: Maarif, 1996. – 261 s.
  5. Qüddusi, M.H. Nadir Şah: [Nadir şah Əfşarın həyatı]: / Məhəmməd Hüseyn Qüddusi; farscadan tərc. ed. və ön sözün müəll.: M.Ə.Müsəddiq; xüs. red.: Seyidağa Onullahi. – Bakı: Gənclik, 1999. – 240 s.
  6. Rəsulzadə, M. Ə. Əsərləri / M.Ə.Rəsulzadə; toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəl. Ş.Hüseynov; transliterasiya red. M.Müsəddiq, M.Qarayev; fars dilindən tərc. S.Hatəmi, M.Müsəddiq. – C.2: 1909-1914. – Bakı: Şirvannəşr, 2001. – 528 s.
  7. İsmayılova, N. “Varlıq” jurnalı və Azərbaycan ədəbiyyatı (1979-1995-ci illər): [monoqrafiya] / N.İsmayılova; red. T.Əhmədov. –  Bakı: Nurlan, 2009. – 134 s.
  8. Ədəbiyyat qəzeti: biblioqrafiya: [4 cilddə] / Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; tərt.: Ə.Əfəndiyev (ixtisas red.), Z.Əliyeva, S.Ayaz qızı; elmi red., [ön söz] A.Vəfalı; layihə. baş məsləhətçisi Elçin. – C. 1: 1934-1964. – Bakı: Təhsil, 2014. – 638 s.
  9. Rəsulzadə, M. Ə. Əsərləri / Araş. topl., ərəb əlifb. 1992-ci ildəki mövcud əlifbaya çev., ön söz. və qeyd. müəl., lüğətin tərt. Ş.Hüseynov; 1992-ci il nəşrinin transliterasiya red.: M.Qarayev, M.Müsəddiq; latın əlifb. trans. red. M.Əvəz qızı; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – C.1: 1903-1909. – Bakı: Təhsil, 2014. – 479 s.
  10. Rəsulzadə, M. Ə. Əsərləri / M.Ə.Rəsulzadə; topl. ərəb əlif. latın əlif. çev., ön söz və qeydlərin müəl., lüğətin tərt. Ş.Hüseynov; fars dil. tərc.: Ş.Hatəmi, M.Müsəddiq; transliterasiya red. M.Qarayev, M.Müsəddiq; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. – C.2: 1909-1914. – Bakı: Təhsil, 2014. – 526 s.
  11. "Qobustan" jurnalının biblioqrafiyası: 1969 №1-2010 №150 / Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; tərt. X.İsmayılova; elmi red. B.Ələsgərov; red. A.Novruzova; ixt. red. M.Vəliyeva. – Bakı: Təhsil, 2016. – 367 s.
  12. İsmayıl Şıxlı  : elmi-köməkçi biblioqrafik göstərici /M. F. Axundov adına Azərb.Respub.Dövlət Kitabxanası; tərt.ed. R. Əhmədov ; red. M. Müsəddiq.-B., 1982.-52 s.
  13. Dinimiz, namazımız, imamlarımız   /Tərtibçi. M.Müsəddiq; Red. İ.Qəribli. Bakı: Yazıçı, 1994.-721 s.: 20 sm.
  14. Məhəmməd Füzuli əsərlərinin nəşri   : biblioqrafik göstərici /Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası ; tərt. ed. və xüsusi red. F. Məmmədov ; elmi red. M. Müsəddiq ; ixtisas red. M. Vəliyeva, D. Sadıqova, T. Yefimova.-Bakı: Maarif, 1996.-261 s.
  15. Abşeron meyxanaları   /[Tərtibçi müəlliflər. R. İmaməliyev, T. Səlimov, M. Müsəddiq]; Elmi red. M. Mahmudov, T. Səlimov.-Bakı: Boz oğuz, 1993.-200 s.
  16. Rəsulzadə, Məmməd Əmin. Əsərləri   /M. Ə. Rəsulzadə ; toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəl. Ş. Hüseynov; transliterasiya red. M. Müsəddiq, M. Qarayev ; fars dilindən tərc. S. Hatəmi, M. Müsəddiq.-1909-1914 C. 2.-Bakı: Şirvannəşr, 2001.-528 s.
  17. Rəsulzadə, Məhəmmədəmin. Əsərləri   /araş. topl., ərəb əlifb. 1992-ci ildəki mövcud əlifbaya çev., ön söz. və qeyd. müəl., lüğətin tərt. Ş. Hüseynov ; 1992-ci il nəşrinin transliterasiya red. M. Qarayev, M. Müsəddiq ; latın əlifb. trans. red. M. Əvəz qızı ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.-C. 1. (1903-1909).-Bakı: Təhsil, 2014.-479, [1] s.
  18. Rəsulzadə, Məhəmmədəmin. Əsərləri   /M. Ə. Ə. Rəsulzadə ; topl. ərəb əlif. latın əlif. çev., ön söz və qeydlərin müəl., lüğətin tərt. Ş. Hüseynov ; fars dil. tərc. Ş. Hatəmi, M. Müsəddiq ; transliterasiya red. M. Qarayev, M. Müsəddiq ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.-C. 2 1909-1914.-Bakı: Təhsil, 2014.-526, [2] s.

Avtoreferatı

  1. Мусаддиг, М. А. Жизнь и творчество Мирзы Мехти Шукухи: Автореферат дис. на соискание ученой степени кандидата филологических наук. (642) / Азербайдж. гос. пед. ин-т им. В. И. Ленина. – Баку : [б. и.], 1969. – 24 с.

Məqalələr

  1. Məmmədli, M. Bolqarıstan xalqının milli bayramı / M.Müsəddiq // Azərbaycan. – 1960. – 10 sentyabr.
  2. Məmmədli, M. M.S.Ordubadinin əsərlərinin nəşri: [Yazıçının əsərləri M.F.Axundov adına kitabxananın arxiv fondunda] / M.Məmmədli // Ədəbiyyat qəzeti. – 1962. – 4 avqust.
  3. Müsəddiq, M., İsmayılov, A. İran ədəbiyyatşünasları Sabir haqqında: [M.Ə.Sabirin anadan olmasının 100 illiyi qarşısında] / M.Müsəddiq; A.İsmayılov // Ədəbiyyat qəzeti. – 1962. – 12 may.
  4. Müsəddiq, M. Afrikanın azadlıq günü / M.Müsəddiq // Azərbaycan. – 1962. – 18 aprel.
  5. Müsəddiq, M. Azərbaycana mətbəə gətirilməsi / M.Müsəddiq // Azərbaycan. – 1963. – 10 iyul.
  6. Müsəddiq, M. Azərbaycan kitabı / M.Müsəddiq // Azərbaycan məktəbi. – 1964. – № 5. – S.79-80
  7. Müsəddiq, M. Azərbaycan kitabı / M.Müsəddiq // Jurnalist. – 1966. – 4 iyul.
  8. Müsəddiq, M. Misirdəki əlyazmalarımıza dair qısa qeydlər / M.Müsəddiq // Azərbaycan. – 1967. – 6 oktyabr
  9. Müsəddiq, M. Nadir incilər xəzinəsi / M.Müsəddiq // Azərbaycan. – 1967. – 20 sentyabr.
  10. Müsəddiq, M. Misirdə saxlanılan Azərbaycan kitabları: II məqalə / M.Müsəddiq // Kitablar aləmində. – 1968. – № 4. – S.75-78.
  11. Müsəddiq, M. Özbəkistan elmlər akademiyası əlyazmaları fondunda saxlanılan azərbaycan əlyazmaları / M.Müsəddiq // Kitablar aləmində. – 1969. – № 4. – S.46-50.
  12. Müsəddiq, M., Bəsirə, A. Azərbaycan kitabı arxiv fondu haqqında qeydlər / M.Müsəddiq; A.Bəsirə // Kitabxana işçisinə kömək. – 1973. – № 4. – S.27-31
  13. Müsəddiq, M., Salehov, T. İmadəddin Nəsimi: [Anadan olmasının 600 illiyi] / M.Müsəddiq; T.Salehov // Kitabxana işçisinə kömək. – 1973. – №3. – S.55-60.
  14. Müsəddiq, M. Nəsiminin sələflərinə münasibəti haqqında / M.Müsəddiq // Böyük insanpərvər şair İmadəddin Nəsimi: məqalələr məcmuəsi. – Bakı, 1973. – S. (əski əlifbadadır)
  15. Müsəddiq, M. Nəsimi əsərlərinin nəşri tarixindən / M.Müsəddiq // Kitablar aləmində. – 1973. –№ 3. – S.5
  1. Müsəddiq, M. Nadir kitablar / M.Müsəddiq // Mədəni-maarif işi. – 1973. – № 1. – S.30-32.
  2. Müsəddiq, M. Dünya şöhrətli kitablar / M.Müsəddiq // Mədəni-maarif işi. – 1974. – № 4. – S.43-45.
  3. Müsəddiq, M. Nəsiminin sələflərinə münasibəti / M.Müsəddiq // S.M.Kirov adına ADU-nin Elmi əsərləri: Dil və ədəbiyyat seriyası. – 1974. – № 3. – S.61-72
  4. Müsəddiq, M. Nadir inci: [Cənubi Azərbaycanın Urmu şəhəri yaxınlığında Həsənli təpəsində tapılan abidə haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1975. – № 1(25). – S.17-18. 
  5. Müsəddiq, M. Şiraz miniatür məktəbi haqqında qeyd / M.Müsəddiq // Qobustan jurnalı. – 1975. – № 3-4 (28). – S.48-50.
  6. Müsəddiq, M. “Azərbaycan kitabı” və onun zənginləşdirilməsi: [M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının “Azərbaycan kitabı” (Arxiv) fondu haqqında] / M.Müsəddiq // Mədəni-maarif işi. – 1976. – № 4. – S.46-47.
  7. Müsəddiq, M. Klassik musiqimizin günəşi: [Kəmaləddin Əbdülqadir ibn-Qeybiyi-Hafiz Marağalı haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1977. – № 1(33). – S.72-74.
  8. Müsəddiq, M. Miyana abidələri: [Cənubi Azərbaycanın Miyana şəhərindəki abidələr haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1978. – № 3(39). – S. 28-29.
  9. Müsəddiq, M. Qədim Azərbaycan paytaxtı Təxti-Süleyman / M.Müsəddiq // Qobustan jurnalı. – 1978. – № 1(37). – S.26-29.
  10. Müsəddiq, M., Məmmədov, Ç. Tədqiqlər, araşdırmalar, təhlillər / M.Müsəddiq // Bakı. – 1978. – 19 iyun.
  11. Müsəddiq, M. “Süvərül kəvakib”: [Orta əsrlərdə astronomiyaya aid olan “Ulduzların təsviri” adlı əsər haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1979. – № 1(41). – S.14-16.
  12. Müsəddiq, M. Azərbaycanda kitabxana tarixindən / M.Müsəddiq // M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının elmi əsərləri. – 1980. – Buraxılış 1. – S.41-58.
  13.  Müsəddiq, M. Nəğməkar mən: [şeir] / M.Müsəddiq // Varlıq. – 1981. – № 27. – S.72-74.
  14. Müsəddiq, M. “Behcətülruh” və onun müəllifi: [Əbdülmömin Ürməvi və əsəri haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1981.– № 1(49). – S.60-63.
  15. Müsəddiq, M. Nizami əsərləri XIX əsr miniatür sənətində / M.Müsəddiq // Qobustan jurnalı. – 1981. – № 2 (50). – S.6-10.
  16. Müsəddiq, M., Kərimov, Ş. “Aman ayrılıq!”: [Şəhriyarın eyniadlı şeirlər kitabı haqqında] / M.Müsəddiq, Ş.Kərimov // Azərbaycan müəllimi. – 1982. – 27 yanvar.
  17. Müsəddiq, M. Şeyx Səfiəddin Ərdəbilli Azərbaycan dilində bir qəzəli / M.Müsəddiq // Azərbaycan müəllimi. – 1982. – 9 iyul.
  18. Müsəddiq, M. XIX əsr Azərbaycan rəssamları və “Şahnamə” / M.Müsəddiq // Qobustan jurnalı. – 1982. – № 2 (54). – S.68-69.
  19. Müsəddiq, M. Qalmış: [şeir] / M.Müsəddiq // Varlıq. – 1982. – № 36. – S.60.
  20. Müsəddiq, M. Elə verərdim: [şeir] / M.Müsəddiq // Varlıq. – 1982. – № 37-38. – S.99.
  21. Müsəddiq, M. Saib Təbrizinin anadan olmasının 380 illiyi / M.Müsəddiq // Varlıq. – 1982. – № 43-44. – S.29-33.
  22. Müsəddiq, M. Nadir incilər xəzinəsi: [Hacı Məhəmməd Naxçıvani haqqında] / M.Müsəddiq // Kitablar aləmində. – 1983. – № 2. – S.28-32.
  23. Müsəddiq, M. Qədim sənətimizin davamçıları: [Təbriz miniatür məktəbinin davamçıları Əli və Hüseyn Pariyab qardaşları haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1983. – № 4(60). – S.70-71.
  24. Məmmədli, M. Qədim Azərbaycan kitabxana tarixinə bir nəzər / M.Müsəddiq // Səhər. – 1984. – № 10. – S.44-51.
  25. Müsəddiq, M. “Halati-hünərvəran”: [Xəttat və rəssamlar haqqında] / M.Müsəddiq // Qobustan jurnalı. – 1987. – № 3(75). – S. 40-43.
  26. Müsəddiq, M. Savə və savə ədəbiyyatı: [Cənubdan səslər] / M.Müsəddiq // Azərbaycan müəllimi. – 1988. – 17 fevral.
  27. Müsəddiq, M. XIII yüzilin abidələri və kaşı sənəti / M.Müsəddiq // Qobustan jurnalı. – 1989. – № 2(82). – S.16-20.
  28. Müsəddiq, M. Nəriman Nərimanov əsərlərinin nəşri tarixindən: [Nəriman Nərimanovun anadan olmasının 120 illiyi münasibətilə] / M.Müsəddiq // M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının Elmi Əsərləri. – Bakı,1990. – Bur. 5. – S.29-36.
  29. Müsəddiq, M. Azərbaycan dili haqqında bəhslər nə istəyir? / M.Müsəddiq // Azərbaycan dili xaricdə.- Bakı,1990.- S.106-118.
  30. Müsəddiq, M. Xalqın varlığı birlikdədir: [Cənubi Azərbaycan haqqında] / M.Müsəddiq // Dialoq. – 1991. – № 2. – S.26-28.
  31. Müsəddiq, M. Göndərin məni: [şeir] / M.Müsəddiq // Varlıq. – 1991. – № 80. – S.117.
  32. Müsəddiq, M. Orta şərq şairləri Nizami haqqında / M.Müsəddiq // Ədəbiyyat qəzeti. – 1991. – 29 noyabr. – S.5 (Mətn ərəb qrafikasında Azərbaycan dilindədir).
  33. Müsəddiq, M. İslam və elm / M.Müsəddiq // Azərbaycan. – 1991. – 28 dekabr. – S.3.
  34. Müsəddiq, M. Müsahibə: [Odlar yurdu qəzetinin müxbiri ilə müsahibə] / M.Müsəddiq // Odlar yurdu. – 1991. – oktyabr. – №19-20.
  35. Müsəddiq, M. Nəsimi əsərlərinin nəşri tarixindən / M.Müsəddiq // M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının elmi əsərləri. – 1992. – Buraxılış 5. – S.5-10.
  36. Müsəddiq, M. Milli mədəniyyətimizin zəngin xəzinəsi / M.Müsəddiq // 70 il xalqın xidmətində. – Bakı, 1993. – S.12-16.
  37. Müsəddiq, M. Füzuli də hikmət, ilahiyyat və əxlaq / M.Müsəddiq // Xalq qəzeti. – 1993. – 3 iyun. – S.4
  38. Müsəddiq, M. Cəfəngiyyatı “mən yazmasam, kim yazacaq?”: [İranda nəşr olunan “Yol” məcəlləsinin 37-ci sayında verilmiş Əmin Sədiqinin Həmid Məmmədzadəyə böhtan dolu məqaləsi haqqında]  / M.Müsəddiq // Aydınlıq. – 1994. – S.22 oktyabr.
  39. Əhmədov, T. Məmmədəli Müsəddiq / Teymur Əhmədov // Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı / Teymur Əhmədov. – Bakı, 1995. – S.307.
  40. Çəmənli, M. “Tarix-Nadir”i axıradək oxumaq istəyirsinizsə...:[“Gənclik” nəşriyyatında nəşr edilən İran tarixçisi Məhəmməd Hüseyn Qüddusinin “Nadir şah” əsərini fars dilindən tərcümə edən, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azərbaycan kitabı” – indiki “Azərbaycan ədəbiyyatının arxivi” şöbəsinin keçmiş müdiri, mərhum Məhəmməd Əli Hacı Hüseynoğlu Müsəddiq haqqında] / Mustafa Çəmənli // 525-ci qəzet. – 2000. – 4 aprel.
  41. Məmmədova, S. Həsrətdən yaranan poeziya [şərqşünas alim Məmmədəli Müsəddiqin həyat və yaradıcılığı haqqında] / S.Məmmədova // Ədəbiyyat qəzeti. – 2013. – 25 yanvar. – S.4-5.
  42. Rəhimli, Ə. Güney Azərbaycandakı xalq hərəkatı (1941-1946) haqqında rəylərdən: M.Müsəddiqin fikri / Ə.Rəhimli (Bije) // 21 Azərə gedən yol: Güney Azərbaycanda milli-demokratik hərəkat: 1941-1946-cı illər / Ə.Rəhimli (Bije). – Bakı, 2015. – S.213.
  43. Çəmənli, M. Cənub həsrəti / Mustafa Çəmənli //  Füyuzat jurnalı. – 2023. – № 2. – S.50-55.
  44. Çəmənli, M. Cənub həsrəti / Mustafa Çəmənli //  Füyuzat jurnalı. – 2023. – № 3. – S.32-37.
  45. Müsəddiq M., Bəsirə A. Azərbaycan kitabı arxiv fondu haqqında qeydlər //Kitabxana işçisinə kömək.-1973.-№4.-S.27-31
  46. Müsəddiq M. “Azərbaycan kitabı” və onun zənginləşdirilməsi (M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının “Azərbaycan kitabı” (Arxiv) fondu haqqında) //Mədəni-maarif işi.- 1976.-№4.-S.46-47.
  47. Müsəddiq M. Azərbaycanda kitabxana tarixindən // M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının Əsərləri.-B.,1980.-Buraxılış 1.-S.41-58.
  48. Müsəddiq M., Kərimov Ş. “Aman ayrılıq!”: (Şəhriyarın eyniadlı şeirlər kitabı haqqında) //Azərbaycan müəllimi.-1982.-27. yanvar.
  49. Müsəddiq M. İnsan və elm //Azərbaycan.-1991.-28 dekabr.-S.3.
  50.  Müsəddiq M. Nadir incilər xəzinəsi:(Hacı Məhəmməd Naxçıvani haqqında) //Kitablar aləmində.-1983.-№2.-S.28-32.
  51. Müsəddiq M. Nəriman Nərimanov əsərlərinin nəşri tarixindən: Nəriman Nərimanovun anadan olmasının 120 illiyi münasibətilə // M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının Elmi Əsərləri.-B.,1990.-Buraxılış 5.-S.29-36.
  52. Müsəddiq M. Xalqın varlığı birlikdədir: (Cənubi Azərbaycan haqqında) //Dialoq.-1991-.-№2.-S.26-28
  53. Müsəddiq M. Şeyx Səfiəddin Ərdəbillinin Azərbaycan dilində bir qəzəli.-//Azərbaycan müəllimi.-1982.-9 iyul.

 

Dosent Nadir İsmayılov,

Dosent Pərviz Kazimi

Vumart və Güvən reklamı Vumart Güvən