Su təchizatı elektronlaşır- ADSEA
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin göstərdiyi xidmətlərin elektronlaşması, əlçatanlığın artırılması, eyni zamanda müştəri məmnuniyyətinin təmin edilməsi üçün sistemli və ardıcıl tədbirlər həyata keçirir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 9 ay üzrə su təchizatına qoşulma sahəsində görülən işlərlə bağlı keçirdiyi görüşdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən 8245 müraciət qəbul olunub:
“Müraciətlərin 58%-i iri şəhərləri, 42%-i ölkəmizin digər ərazilərinin payına düşür”.
Nuriyyə NATİQQIZI












