“Yeni şəbəkələr qurulur, dayanıqlı təminat hədəfdədir”

 16:16 30.09.2025     250

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müvafiq dövlət qurumları ilə bərabər ölkəmizdə su ehtiyatlarının artırılması, infrastrukturun genişləndirilməsi, dayanıqlı və keyfiyyətli su təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin keçirdiyi mətbuat konfransında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov bildirib.

“Bununla bağlı müvafiq dövlət proqramları qəbul olunub və eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Su Ehtiyatlarından Səmərəli İstifadəyə dair Milli Strategiya qəbul olunmuşdur ki, bu istiqamətdə də ciddi işlər həyata keçirilir. Bu strategiyanın əsas məqsədləri ölkəmizdə su ehtiyatlarının yaxşılaşdırılması, infrastruktur təminatının inkişaf etdirilməsi, yeni şəbəkələrin yaradılması, infrastrukturun genişlənməsi və əhalinin dayanıqlı və keyfiyyətli su təminatının həyata keçirilməsidir”, - deyə o, qeyd edib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən