Ötən həftə 201 yanğına çıxış olub - 14 nəfər təxliyə edillib

 10:03 06.10.2025     238

Ötən həftə 201 yanğına çıxış olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 201 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 18-i azyaşlı olmaqla 56 nəfər xilas edilib, 14 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil overilib.

Vumart və Güvən reklamı Vumart Güvən