Yadigar Muradovun vəziyyəti necədir?

 11:24 06.10.2025     272

Bir neçə gün əvvəl səhhəti pisləşən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanadan məlumat bildirilib.

Hazırda onun Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir.

Xatırladaq ki, Y.Muradov iki gün əvvəl Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən