Bu ərazidə qaz KƏSİLƏCƏK
Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.













