Sahibə Qafarova Pakistana işgüzar səfərə getdi - FOTO

 09:18 13.10.2025     342

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistana işgüzar səfərə gedib.

Bu barədə Redaktor.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.

2
Vumart və Güvən reklamı Vumart Güvən