DİN-dən "Sədərək"dəki insidentə REAKSİYA - VİDEO
Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə Sədərək Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Redaktor.az-a bildirib ki,Sədərək Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.
Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.













