Ramil Həsənin deputat səlahiyyətinə xitam VERİLDİ - YENİLƏNİB

 16:20 15.10.2025     364

MSK-nın iclasında Ramil Həsənin deputat səlahiyyətinə xitam verilib.

Redaktor.az xəbər verir ki, məsələ səsverməyə qoyularaq qəbul edilib. 

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

***

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, iclasda Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi və cari məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

Ramil Həsən vəzifəsinin icrasına bu gün başlayıb.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya Er tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA Baş katibi olub.

Vumart və Güvən reklamı Vumart Güvən