Bu ərazilərdə qaz KƏSİLƏCƏK

 17:21 15.10.2025     322

Sabah Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, “Tbilisi prospekti” orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar 16.10.2025-ci il tarixdə saat 09:30-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti dayandırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən