Əmək fəaliyyətində fərqlənən işçilərlə görüş keçirildi

 18:02 16.10.2025     327

Əmək fəaliyyətində fərqlənən işçilərlə görüş keçirildi.

Redaktor.az xəbər verir ki, 20 Sentyabr – “Neftçilər Günü” peşə bayramı münasibətilə neft və qaz sənayesinin inkişafına verdikləri töhfələrə görə “Azəriqaz” İstehsalat Birliyinin bir sıra əməkdaşı SOCAR-ın “Fəxri neftçi” döş nişanı və Fəxri Fərmanı ilə təltif edilib.

Bu münasibətlə Birliyin İdarəetmə Aparatında təltif olunan əməkdaşlarla görüş keçirilib. Görüş zamanı Birliyin baş direktoru Azər Məmmədov SOCAR rəhbərliyinin diqqət və qayğısını yüksək qiymətləndirərək  minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində 9 əməkdaşa “Fəxri neftçi” döş nişanı, 20 əməkdaşa isə Fəxri Fərman təqdim olunub.

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən