Ramiz Mehdiyev AMEA-dan uzaqlaşdırılır? - Rəsmi MÖVQE
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyü məsələsinə baxılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq.
Qeyd edək ki, Ramiz Mehdiyev akademik tituluna sahibdir. Bu ad Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə verilir.













