Azərbaycanda həbs edilmiş 4 İran vətəndaşı ölkələrinə təhvil verildi

 12:31 18.10.2025     252

Azərbaycanda həbsdə saxlanılan 4 İran vətəndaşı ölkələrinə ekstradisiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər nazirinin köməkçisi Asker Celalian “Mehr” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, İrana aparılan məhbuslar Gilan əyalətindəki cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər.

İran rəsmisinin sözlərinə görə, Azərbaycanla ölkəsi arasında məhbus mübadiləsi 3 il idi ki, siyasi gərginlik səbəbindən baş tutmurdu və uzun müddətdən sonra bu proseslər aktivləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən