Yerdə maqnit qasırğası başladı

 10:00 19.10.2025     343

Yer kürəsində maqnit qasırğası başlayıb.

Redaktor.az xəbər verir ki, bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib. Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.

Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.

Vumart və Güvən reklamı Vumart Güvən