“O barədə sual verməyin” – Ramiz Mehdiyev zəfərdən danışmaq İSTƏMƏDİ

 11:33 20.10.2025     397

Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə etmiş qalibiyyət  və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirib.

Redaktor.az manset.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev sualları cavablandırarkən jurnalistin ona "nənab prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına "onunla bağlı mənə sual verməyin" deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə "yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz?" sualına isə "yenə də deyirəm, o barədə sual verməyin" deyərək cavab verib.

İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.

Qarabağ zəfəri ilə bağlı sualı cavablandırmayan "boz kardinal"a bu zəfər uğrunda şəhid olan 3 mindən çox igidin və qazilərin haqqı halal olmayacaq.

Həmin səs yazısını təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən