Ağdamda Fərhad Paşayevlə vida mərasimi keçirildi - FOTO

 13:28 21.10.2025     229

21 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsində “Əməkdar mədəniyyət işçisi”, Ağdamın “Şur” ansamblının keçmiş bədii rəhbəri, tarzən Fərhad Paşayevlə vida mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, Fərhad Paşayev 1942-ci ildə Ağdam şəhərində anadan olub. 1978-1993-cü illərdə “Şur” ansamblına rəhbərlik edib. 1988-ci ildə “Əməkdar Mədəniyyət işçisi” fəxri adı alıb.

Ağdamda tarzən Fərhad Paşayevlə vida mərasimi keçirilib - FOTOLAR

Vumart və Güvən reklamı Vumart Güvən