Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin OLUNDU

 21:52 22.10.2025     322

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 25-də Bakı-Ağstafa, noyabrın 26-da isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə Redaktor.az-a ADY-dən məlumat verilib.

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Vumart və Güvən reklamı Vumart Güvən