Media subyektləri daha 3 il vergidən azad olunur

 15:43 23.10.2025     328

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Redaktor.az-ın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Vumart və Güvən reklamı Vumart Güvən