Saat 12:00-da bu qəsəbədə qaz KƏSİLƏCƏK

 11:13 24.10.2025     301

Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Sumqayıtın Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Sumqayıt Qaz İstismar Sahəsindən Redaktor.az-a verilən məlumata görə, saat 12:00-dan etibarən məktəbin yanı – dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.

Qurumdan bildirilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən