“Bu dəfə əzrayılın əlindən qaçdım” - Abid Şərifov

 15:37 24.10.2025     412

Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanadan evə buraxılıb.

Redaktor.az manset.az-a istinadən xəbər verir ki, bu barədə Abid Şərifovun özü məlumat verib.

"Hazırda ağır xəstəyəm, insult keçirmişəm", - o qeyd edib.

"Neçə vaxtdır xəstəxanada idim. Şükür Allaha, indi evə buraxılmışam. Müalicəm ev şəraitində davam edir. Bu dəfə əzrayılın əlindən qaçdım. İndi özümü yaxşı hiss edirəm. Narahat olan hər kəsə can sağlığı arzu edirəm", - Abid Şərifov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən