Elman Nəsirov qızının yaydığı videodan DANIŞDI

 12:37 25.10.2025     1591

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

Redaktor.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.

O, bununla bağlı şərhi olmadığını deyib:

“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır.

Onu da qeyd edək ki, Laləzar Əliyeva isə növbəti paylaşımında sübut kimi valideynlərinin toyundan fotolar paylaşacağını açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən