Bakı-Ağstafa-Bakı istiqaməti üzrə əlavə qatar reysləri təyin edildi

 15:25 27.10.2025     348

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.

Qeyd olunur ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Vumart və Güvən reklamı Vumart Güvən