Ramiz Mehdiyevin nəvəsi Bakıda 630 min manatlıq maşınla gəzir - VİDEO
Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb olunan sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsi Hikmət Mirzəyevlə bağlı maraqlı faktlar məlum olub.
Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin nəvəsi, general-mayor Teymur Mehdiyevin oğlu Hikmət Mehdiyev Dubayda böyük biznes şəbəkəsinə sahibdir. Onun işlərini Ülviyyə İbrahimova adlı qadın idarə edir.
Qeyd edək ki, Hikmət Mehdiyev 90-AA-500 dövlət qeydiyyat nişanlı, 630 min manat dəyərində olan "Lamborghini Urus" markalı avtomobil idarə edir.













