Ramiz Mehdiyevin həyat yoldaşı işdən ÇIXARILDI

 11:37 01.11.2025     407

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb.

Redaktor.az manşet.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bununla bağlı müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən, Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. 

Qeyd edək ki, V. İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır.

Vumart və Güvən reklamı Vumart Güvən