Bakı metrosunda NFC ödənişlərə BAŞLANILDI

 14:20 01.11.2025     423

Bakı metrosunda NFC ödənişlərə başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Qeyd edilib ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmə imkanı yaradılıb.

"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq. Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz"- açıqlamada deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən