Baş Prokurorluq İcra Hakimiyyətində əməliyyat keçirdi - Həbs olunanlar VAR - YENİLƏNİB
Redaktor.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı digər şəxslər də saxlanılıb.
Onlarla bağlı hələlik məhkəməyə təqdimat daxil olmayıb.
Bir neçə şəxslə bağlı həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi bildirilir.
İstintaq davam edir, başqa vəzifəli şəxslər də dindirilir. Əlavə saxlanılanların da olacağı gözlənilir.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxslər saxlanılıb.
Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 4 ay müddətə həbs edilib.
Bildirək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin32.5, 311.3.1, 32.5, 311.3.3, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham edilir.













