Qazaxıstanın Azərbaycandakı səfiri "Hörmət" ordeni ilə təltif olundu - FOTO

 15:28 03.11.2025     233

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel "Hörmət" ordeni ilə təltif olunub.

Redaktor.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından dövlət mükafatını xarici işlər naziri Yermek Köşerbayev təqdim edib. Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeyd edib.

Öz növbəsində Səfir Alim Bayel Azərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.

Xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da “Hörmət” ordeni ilə təltif olunub. O, AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.

Redaktor.az

2
Vumart və Güvən reklamı Vumart Güvən