Hakan Fidan Bakıya gələcək

 16:39 03.11.2025     226

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyə XİN başçısı da noyabrın 8-də Bakıda keçiriləcək Zəfər paradına qatılacaq.

Məlumata görə, Hakan Fidan milli müdafiə naziri Yaşar Gülərlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələcək nümayəndə heyətinin tərkibində yer alacaq.

Vumart və Güvən reklamı Vumart Güvən