Bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA

 10:48 04.11.2025     411

Noyabrın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakı və Abşeron yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 mm-dir.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən