Yağış yağanda Bakı tıxacı - FOTOLAR

 09:23 05.11.2025     208

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda aşağıdakı yollarda tıxac var:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);

7. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

12. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

22222
Vumart və Güvən reklamı Vumart Güvən