ADY-nin konteyner daşımaları 18% artıb

 16:58 06.11.2025     241

AZCON Holding şirkətlərindən olan ADY bu ilin 10 ayı ərzində 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib.

Redaktor.az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artıb.

Məlumata görə, hesabat dövründə dövrdə ümumilikdə 112 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 483 TEU) təxminən 18 faiz çoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən