"AzParking"də 30-dan çox Vətən müharibəsi veteranı çalışır - VİDEO
"AzParking" MMC 44 günlük Vətən müharibəsində döyüşmüş əməkdaşları ilə bağlı paylaşım edib.
Redaktor.az-ın məlumatına görə, paylaşımda deyilir:
"8 Noyabr - Şanlı Zəfər Günü bizim üçün xüsusi məna daşıyır. Çünki "AzParking" olaraq aramızda 30-dan çox Vətən müharibəsi veteranı da var. Onlar sadəcə əməkdaş deyil, həm də Zəfər tariximizi canı bahasına yazan qəhrəmanlarımızdandır. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik!"













