Bakı Metropolitenində yeni TƏYİNAT

 14:22 14.11.2025     331

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.

Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.

Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operating Company" və "AzərGold" şirkətlərində sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitinin (SƏTƏM) müdiri olub.

Xatırladaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Vumart və Güvən reklamı Vumart Güvən