Aşıq Yadigar Milli Onkologiya Mərkəzinə köçürüldü

 16:45 15.11.2025     519

"Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur".

Redaktor.az xəbər verir ki, bunu oxu.az-a Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

"Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə".

Vumart və Güvən reklamı Vumart Güvən