Qanunsuz silah-sursat aşkarlanıb

 11:37 17.11.2025     222

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 15-də və 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 8 tüfəng, 8 patron darağı və 229 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Vumart və Güvən reklamı Vumart Güvən